"Bağırov" körpüsündə son vəziyyət - İcra Hakimiyyəti açıqlama yaydı VİDEO

"Bağırov" körpüsündə subasma təhlükəsi aradan qaldırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Milli.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə bu gün səhər saatlarından etibarən bəzi KİV-lərdə Bakı şəhərində yağan güclü yağışlar səbəbindən Heydər Əliyev prospektində yerləşən "Bağırov" körpüsünü yenidən su basması məlumatı yayılıb.

"Bildiririk ki, səhər saatlarından etibarən aidiyyatı qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən "Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb. Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib.
Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır", - deyə məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31