Leysan nə vaxt dayanacaq?
28 Oktyabr 2024 10:03 SosialMüşahidə olunan hava şəraiti
Milli Hidrometeorologiya Xidməti tərəfindən Olaylar-a xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir. Bunu xidmət rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31