Xəstəxanalarda uzun növbələr yarandı: Vətəndaşlar şikayətçidirlər - VİDEO

Son vaxtlar xəstəxanalarda uzun növbələr yaranıb.

Olaylar bildirir ki, vətəndaşlar sıx növbələrdən narazıdırlar.

Onların sözlərinə görə, həkim qəbuluna düşmək üçün səhər erkən saatlarda xəstəxanalara üz tuturlar.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, problemin həlli elektron növbə sisteminin tətbiqindən keçir. Hazırda bu sistem 8-i regionlarda, 6-sı isə Bakıda olmaqla ümumilikdə 14 tibb müəssisəsində həyata keçirilir.

Ətraflı "İTV Xəbər"in süjetində:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31