“Avtobuslar digər zolaqlara keçəndə cərimələnir?”

"Onsuz da paytaxt yollarında çəkilən zolaqlarla bağlı xeyli tıxaclar olur. Velosiped zolaqlarından hələ də bir nəfərin istifadə etdiyini görməmişəm. Velosipedləri görürəm, amma sürənləri yox".

Olaylar bildirir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib. Aparıcı sərnişin avtobuslarının onlar üçün ayrılan xüsusi zolaqdan kənar hərəkət etdiklərini bildirib:

"Bir də görürsən ki, avtobuslar öz zolaqları ilə getməli olduğu halda digər zolağa keçirlər. Avtobus zolağına sən keçəndə neçə qat cərimə olunursan. Amma avtobus digər zolaqlara keçəndə cərimələnir? Bizim bundan xəbərimiz olmur". (axşam.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31