Ölkə ərazisində yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək
22 Oktyabr 2024 09:56 SosialMilli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Xidmətin rəsmisi Gülnarə Abbasova Olaylar-a bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.
"Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31