COP29-da əlilliyi olan insanlara xüsusi xidmət göstəriləcək - Kamal Məmmədov

COP29-da əlilliyi olan insanlara xüsusi xidmət göstəriləcək.

Olaylar xəbər verir ki, bunu Bakı Olimpiya stadionuna təşkil edilən media-tur zamanı COP29 Müyəssərlik Departamentinin eksperti Kamal Məmmədov jurnalistlərə açıqlamasında deyib.

"COP29-u yeni model kimi əhaliyə təqdim edəcəyik. İndiyə qədər plenar zallarda eşitmə və nitq məhdudiyyəti olan insanlar üçün xüsusi sistem quraşdırılması təmin ediləcək. Əlilliyi olan insanlara da xüsusi xidmət göstəriləcək. Bu tədbirdə müxtəlif əlilliyi olan insanlarən bərabər iştirakının təmin edilməsi üçün bütün işlər görülür", - deyə o qeyd edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31