Ölüm hadisələrinin 65 %-i ürək-damar patologiyasından baş verir-Komitə sədri

Bütün ölüm hadisələrinin 65 %-i ürək-damar patologiyasından baş verir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Deputat bildirib ki, hansı bölgədə hansı patologiyanın çox olmasına nəzər salmalıyıq: "Səhiyyə Nazirliyində bu statistika var. Bölgələr üzrə səhiyyə xəritəsi yoxdur. Amma Səhiyyə Nazirliyində olan məlumatlar əsasında hansı bölgədə hansı xəstəliyin daha çox yayılmasına baxmaq olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31