Çağrı mərkəzi, yoxsa ağrı mərkəzi? - ÖZƏL

Ölkədə nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi istiqamətində faydalı addımlar atılmaqdadır. Xüsusən, görülən işlərin səmərəliliyini daha da artırmaq məqsədi ilə İKT-nin imkanlarından geniş istifadə edilir. Hazırda nəqliyyat sahəsində tətbiq edilə xidmətlərdən biri də 141 Çağrı Mərkəzinin tətbiqidir ki, onun fəaliyyəti ən son texnoloji yeniliklər nəzərə alınmaqla yenidən qurulub. Çox təssüf ki, bu kimi xidmətlərin tətbiqində edilən elementar səhvlər ümumilikdə nəqliyyat sektorunun gözdən düşməsinə səbəb olur. "Olaylar"ın məlumatına görə, paytaxt ərazisində fəaliyyətdə olan avtobuslarda məlumat xarakterli lövhədə "141 Çağrı Mərkəzi" əvəzinə "141 Ağrı Mərkəzi" qeyd edilib. Şəkildəki məlumatlar 17 saylı avtobusda qeydə alınıb. 
Qeyd edək ki, sözügedən çağrı mərkəzi vətəndaşlardan daxil olan müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31