Bakıda “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş "Su və gender bərabərliyi" mövzusunda konfrans keçirilir.

Olaylar bildirir ki, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, eləcə də, tələbələrin iştirak edəcəyi konfrans çərçivəsində panel sessiya təşkil olunub.

Panel sessiyada iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin, kadr təyinatında gender balansının qorunması mövzularında müzakirələr ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31