Laçında əmək yarmarkası keçirilib: 250-dən çox vakansiya təqdim edilib (FOTO)

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

Olaylar xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Bildirilib ki, Agentlik Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil edib.

Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 24 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 253 vakansiya təqdim olunub.

Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev, Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Aqil Quliyev yarmarkada iştirak edən işəgötürənlərlə görüşüb, təqdim edilən vakansiyalarla maraqlanıblar.

Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

İştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə də məlumatlar verilib.

Qeyd edilib ki, bu artıq Laçında təşkil olunan dördüncü əmək yarmarkasıdır.

Laçında əmək yarmarkası keçirilib: 250-dən çox vakansiya təqdim edilib (FOTO)

Laçında əmək yarmarkası keçirilib: 250-dən çox vakansiya təqdim edilib (FOTO)

Laçında əmək yarmarkası keçirilib: 250-dən çox vakansiya təqdim edilib (FOTO)

Laçında əmək yarmarkası keçirilib: 250-dən çox vakansiya təqdim edilib (FOTO)

Laçında əmək yarmarkası keçirilib: 250-dən çox vakansiya təqdim edilib (FOTO)

Laçında əmək yarmarkası keçirilib: 250-dən çox vakansiya təqdim edilib (FOTO)

Laçında əmək yarmarkası keçirilib: 250-dən çox vakansiya təqdim edilib (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31