“Su və gender bərabərliyi” mövzusunda konfrans keçiriləcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADA universitetinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş "Su və gender bərabərliyi" mövzusunda konfrans keçiriləcək. Dövlət Su Ehtiyatları Agentliyindən "Olaylar"a bildirilib ki, tədbir 16 oktyabr 2024-cü il tarixində, saat 10:00-da ADA Universitetində (ünvan: Əhməd bəy Ağaoğlu küçəsi, 61) keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31