Bakıda ANAMA-nın minatəmizləmə prosesi nümayiş etdirildi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Xəzər İnşaat Həftəsinin iştirakçılarına minatəmizləmə prosesini nümayiş etdiriblər.

Olaylar xəbər verir ki, tədbir 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilir.

Qeyd edək ki, Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı "Rebuild Karabakh", 29-cu Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild", 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu "Aquatherm Baku" sərgiləri, eləcə də, bu tədbirlərlə yanaşı, 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic" sərgisi baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31