Telefon dələduzlarının növbəti fırıldağı- ÖZƏL
14 Oktyabr 2024 14:20 SosialHüquq-mühafizə orqanlarının mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirməsinə baxmayaraq davam edən kibercinayətlərin qarşısını almaq hələki mümkün olmayıb. Son zanamlar kibercinayətin yeni üsullarından yararlanan dələduzlar vətəndaşların pulunu asanlıqa ələ keçrirə bilirlər. "Olaylar" xəbər verir ki, fırıldaqçılar zəng etdikləri şəxslərdə təşviş, həyəcan yaratmaqla istəklərinə nail ola bilirlər. Əsasən yaşlı nəsli hədəfləyən dələduzlar zəng edərək onların yaxın qohumlarının qəza törətməsi barədə xəbər verir, təcili pula ehtiyac olduğuna inandırırlar. Beləiklə, qorxu və həyəcandan istifadə edən fırıldaqçılar onların kartlarındakı pul vəsaitlərini ələ keçirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31