8 Noyabr prospektində işlər nə zaman yekunlaşır? - RƏSMİ - VİDEO
14 Oktyabr 2024 10:57 SosialPaytaxtın 8 Noyabr prospektində təmir işlərinin yekunlaşacağı tarix məlum olub.
Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, hazırda işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb.
Tikinti işləri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, hazırda prospekt boyunca ümumi hərəkətə maneə yaradılmadan piyada səkilərinin, velosiped zolağının və bufer zonanın, həmçinin yol ayrıcının tikintisi istiqamətində işlər davam etdirilir. Bu işlərin tam olaraq bu ayın sonunadək yekunlaşdırılması planlaşdırılır.
Ətraflı süjetdə:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31