Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
11 Oktyabr 2024 10:33 SosialKüləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Olaylar xəbər verir ki, oktyabrın 11-14-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Sarı xəbərdarlığa uyğun olaraq Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Kəlbəcər, Sabirabad, Biləsuvar, Masallı, Şirvan, Neftçala, Lənkəran, Cəlilabad, Goranboy, Naftalan, Gəncə, Şabran, Siyəzən, Xaçmaz, Xızıda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31