Dünya Alpaqut Federasiyasının görüşü keçirilib
10 Oktyabr 2024 13:51 SosialBu günlərdə Dünya Alpaqut Federasiyasının növbəti görüşü baş tutub. "Olaylar"ın məlumatına görə, bu barədə Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti, İDDO Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova məlumat verib: "DAF-ın rəhbər heyəti, Struktur və idarə heyətinin üzvləri, DAF Azərbaycan nümayəndəliyi üzvlərinin iştirakı ilə keçirilən toplantıda yeni beynəlxalq təşkilatlarla əməkdaşlığın və əlaqələrin qurulması, mövcud əlaqələrin gücləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün strateji iş planının hazırlanması, DAF-ın fəaliyyətini gücləndirmək məqsədilə yeni kadrların cəlb edilməsi məsələlərini müzakirə etdik.
Toplantıda, həmçinin DAF-ın inkişaf strategiyasının yenidən hazırlanmasına dair planlardan, Alpaqut məhsullarının satışını həyata keçirəcək "Alpagut Store"un açılış tarixindən, DAF Azərbaycan nümayəndəliyinin strukturunun gücləndirilməsindən bəhs edildi.
Tədbirdə federasiyanın gələcək fəaliyyəti üzrə yol xəritəsini təqdim edərək bildirdim ki, bu toplantı alpaqut idmanının beynəlxalq aləmdə tanıdılması və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Toplantının sonunda gələcək tədbirlər üçün 2025-ci il üçün ətraflı plan hazırlanması və alpaqut idmanının inkişafı üçün əhəmiyyətli addımların atılması ilə bağlı strateji qərarlar qəbul etdik".