Azərbaycanda dronlarla bağlı yeni ixtisas yaradılır
9 Oktyabr 2024 11:28 SosialDronların texniki xidməti və təmiri üzrə texnik ixtisası yaradılır.
Olaylar xəbər verir ki, bu barədə "Peşə təhsili üzrə ixtisasların Təsnifatı"nda edilən dəyişiklikdə qeyd edilib.
Qeyd edilib ki, "Uçan aparatların planer və sistemlərinin təmiri və istismarı" ixtisas qrupuna "Aviasiya yanacaq-sürtkü materiallarının texnoloji avadanlıqları üzrə mexanik" ixtisasından sonra "Dronların texniki xidməti və təmiri üzrə texnik" ixtisası əlavə edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31