Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar oktyabrn10-da ödəniləcək
9 Oktyabr 2024 11:23 SosialBakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyalarının sabah ödənilməsi nəzərdə tutulub.
Bu barədə Olaylar-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, yaxın günlərdə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Xatırladaq ki, bundan əvvəl - sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31