Gülər Mübarizin “İkinci həyat” kitabının təqdimat mərasimi keçirildi - VİDEO
2 Oktyabr 2024 12:06 SosialMüəllifi Gülər Mübarizin olduğu "İkinci həyat" adlı kitabın təqdimetmə mərasimi keçirilib.
Olaylar.az xəbər verir ki, tədbirdə şəhid general-polkovnik Polad Həşimovun anası Səmayə Həşimova, şəhid anaları, qiraətçilər, media qurumu rəhbərləri və nümayəndələri və fəxri qonaqlar iştirak ediblər.
Tədbirdə qonaqlar kitabın işıq üzü görməsi münasibəti ilə müəllifi təbrik edib və qiraətçilər kitabdan müxtəlif şerlər səsləndiriblər.
Daha sonra "İkinci həyat" kitabının müəllifi Gülər Mübariz çap olunan kitabı haqqında danışıb və verilən sualları cavablandırıb.
Sonda müəllif kitabları imzalayaraq, qonaqlara təqdim edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31