Xərçəng xəstələrinin saçı tökülməyəcək – YENİ KƏŞF
1 Oktyabr 2024 13:53 SosialKimyaterapiya zamanı saç tökülməsinin qarşısını alan "Lily" adlı "kasqa" icad edilib.
Olaylar.az xəbər verir ki, bu "kasqa" baş dərisinə zəif təzyiq göstərərək kimyaterapiya zamanı orqanizmə yeridilən kimyəvi maddələrin saç köklərinə çatmasının qarşısını alır.
"Luminate" texnologiya şirkəti tərəfindən yaradılan "kasqa"nın test mərhələsində kimyaterapiya görən pasiyentlərin 75 %-də saç tökülməsinin qarşısını aldığı açıqlanıb.
Testləri daha 7-8 ay davam edəcək "kasqa" növbəti sınaqlardan da keçə bilsə, kütləvi istehsalına başlanılacaq. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31