Bu ərazilərdə işıqforlar işləmir - DİN-dən XƏBƏRDARLIQ
1 Oktyabr 2024 11:25 SosialElektrik təchizatının kəsilməsi ilə əlaqədar hazırda paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforlar işləmir.
Olaylar xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə işlər görülür. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31