Sentyabr ayının bütün sosial ödənişləri yekunlaşdı
25 Sentyabr 2024 11:32 SosialDövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.
Bundan əvvəl - sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, sentyabr ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31