Şuşada “Dini radikalizmlə mübarizə və media” mövzusunda ikinci sessiya başlayıb

Şuşada "Dini radikalizmlə mübarizə və media" mövzusunda ikinci sessiya başlayıb.

Olaylar xəbər verir ki, moderator qismində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun çıxış etdiyi sessiyada Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzəyev mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elşad Miraləmin moderatorluğu ilə baş tutan üçüncü sessiya "Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları" mövzusuna həsr olunacaq.

Seminarın Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, "525-ci qəzet"-in redaktoru Seyfəddin Hüseynlinin çıxış edecekleri sonuncu sessiyası müzakirələrlə yekunlaşacaq.

"İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusundakı ikigünlük seminar iştirakçıların Xankəndi, Xocalı və Ağdam şəhərlərinə ziyarəti ilə başa çatacaq.

Xatırladaq ki, ötən gün Şuşada "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda seminarın ilk günü başa çatıb.

Seminarda respublikanın aparıcı media orqanları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şuşada "Dini radikalizmlə mübarizə və media" mövzusunda ikinci sessiya başlayıb (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31