Bakı-Sumqayıt qatarlarında qiymətlər artırıldı

Abşeron dairəvi dəmiryolu xətti üzrə hərəkət edən qatarlarda gediş haqqı tarifləri artırılıb.

Olaylar xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yollarının Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov deyib.

O bildirib ki, sentyabrın 25-dən qiymətlər 40 qəpik artırılır.

Qeyd edək ki, bundan əvvəl ictimai nəqliyyatda, o cümlədən metroda gediş haqqı 40 qəpikdən 50 qəpiyə qədər artırılıb. Hazırda Bakı- Sumqayıt qatarları üzrə gediş haqqı üzrə maksimal tarif 1 manat təşkil edir. Bu istiqamət üzrə günlük sərnişin daşıma isə ən yüksək həddə çatıb. ADY bir neçə gün əvvəl günlük sərnişindaşımaların 37 min nəfəri ötdüyünü açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31