“Müasir Azərbaycan dilinin qrammatikası” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib

Bakı Kitab Mərkəzində "A grammar of contemporary Azerbaijani" ("Müasir Azərbaycan dilinin qrammatikası") adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Tədbirdə İDDO Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova iştirak edib. Bu barədə "Olaylar"a Jalə Əhmədova özü məlumat verib: "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilən kitabın müəllifləri Azərbaycan Dillər Universitetinin Beynəxalq Əlaqələr üzrə prorektoru Jalə Qəribova və Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Səbinə Əliyevadır.  
 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva,  Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov,  Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə baş tutan tədbirdə çıxış edənlər Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün hazırlanan vəsaitin əhəmiyyətini vurğuladılar.Tədbirin sonunda beynəlxalq müsabiqələr laureatı İslama Abdullayeva Fəqan Həsənlinin müşayiəti ilə Fikrət Əmirovun "Evləri var xana-xana" mahnısını ifa etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31