Tələbələrin yataqxana problemi həllini gözləyir- ÖZƏL
23 Sentyabr 2024 10:35 Sosial"Bu gün təhsilimizdə həllini gözləyən məsələlərdən biri yataqxana probleminin həllidir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Bildirib ki, bu gün həm valideynlər, həm də tələblər bu məsələdən ciddi əziyyət çəkirlər:
"Məlumat üçün qeyd edim ki, hazırda ölkəmizdə 200 mindən artıq gənc ali təhsil müəssisələrində təhsil alır. Yataqxanaların ümumi tutumu isə 6 mini keçmir. Bu isə heç 5 faiz etmir. Bu istiqamətdə çox ciddi tədbirlərə ehtiyac var".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31