Sabah iş günü olacaq? - Rəsmi cavab
19 Sentyabr 2024 12:14 Sosial20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.
Qeyd edilib ki, Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, Dövlət Suverenliyi Günü iş günü hesab olunur: "Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis edir".
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31