Oğlan tələbələrin sayi niyə azalır?- ÖZƏL

"Son illərdə oğlan tələbələrin ali təhsil müəssisələrinə, xüsusilə də müəyyən ixtisaslara qəbulunda əhəmiyyətli bir azalma müşahidə olunur".

"Olaylar" xəbər verir ki, bunu thsil məslələri üzrə ekspert Kamran Əsədov deyib:

"Bu azalma yalnız Azərbaycanda deyil, həm də bir çox digər ölkələrdə nəzərə çarpır. Bu tendensiya, xüsusilə sosial elmlər, hüquq və təhsil kimi sahələrdə daha aydın görünür, lakin mühəndislik, texnologiya və təbiət elmləri sahələrində oğlan tələbələrin sayı nisbətən sabit qalsa da, bu sahələrdə də gender balansının dəyişdiyi müşahidə olunur".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31