Bu marşrut avtobusunun hərəkət sxemi dəyişdirildi

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Yeni Yasamal yaşayış sahəsi ilə əlaqələndirən 7B nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib. 

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, sakinlərin ictimai nəqliyyata olan təlabatının və şəhərin digər istiqamətlərinə gedişlərinin təmin edilməsi məqsədilə 7B nömrəli avtobusların hərəkəti "MİDA" Yasamal Yaşayış Kompleksinə təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31