Təhsildə atılan hər bir uğurlu addım ölkəmizin inkişafının təminatıdır- ÖZƏL

"Bu gün ölkəmizdə "Bilik günü" kimi qeyd olunur. Bu gün həmçinin insanları arzularına, xəyalarına çatmasına, gələcəyə dair planlarını gerçəkləşdirmələrinə zəmin yaradan bir həyat yolunun başlanğıcıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Təhsildə atılan hər bir uğurlu addım ölkəmizin inkişafının təminatıdır. İşğaldan azad olunan ərazilərimiz- Qarabağ və Şərqi Zəngəzur bərpa olunur və inkişaf edir. Həmin tarixi ərazilərimiz daxil olmaqla Azərbaycanımızın daha da inkişafı insan kapital ilə bağlıdır. İnsan kapitalının inkişafı isə məhz daha yaxşı təhsildən keçir. Odur ki, əziz şagirdlər, tələbələr və valideynlər, hər birinizi bu əlamətdar gün münasibətilə təbrik edir və bu məsuliyyətli həyat yolunda uğurlar arzu edirəm".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31