Bu tədris ilində ölkəmizdə üç yeni universitet fəaliyyətə başlayır- ÖZƏL

"15 sentyabr ölkəmizdə "Bilik günü" kimi qeyd olunur. Hər bir ölkənin inkişafında təhsilin özünəməxsus yeri və rolu var. Bütün inkişaf etmiş ölkələr inkişaf və tərəqqiyə təhsilə verdikləri önəm və dəyərlə nail olublar".



"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib:

"Bu il tədris ilinə ölkəmiz üç yeni universitetin fəaliyyətə başlaması ilə daxil olur. Hesab edirəm bu tədris ilinin ən əlamətdar hadisələrindən biri də məhz budur. Burada Qarabağ və Türkiyə Azərbaycan universitetlərinin adlarını xüsusi qeyd etmək lazımdır. Çoxlu sayda yüksək bal toplayan Azərbaycanlı gəncin Qarabağ universitetini seçməsi həqiqətən qürur vericidir. Qarşıda isə daha çox vəzifələr durur. Türkiyə Azərbaycan universitetinin yaradılması isə türk dövlətləri arasında birlik və həmrəyliyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün əcdadlarımızın arzusu gerçəkləşir.
İtaliya Azərbaycan universiteti isə Azərbaycanlı tələbələrə xaricə getmədən ölkəmizdə Avropa təhsili almaq imkanı yaradacaq. Bir daha hər birinizi "Bilik günü" münasibətilə təbrik edir, uğurlar arzulayıram! Bilik gününüz mübarək!

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31