Şuşada 32 ildən sonra ilk zəng çalındı

Şuşa şəhərində 32 ildən sonra ilk zəng çalınıb.

Olaylar xəbər verir ki, 32 illik fasilədən sonra Şuşaya köçürülən ailələrin övladları Şuşa şəhər 1 saylı tam orta məktəbdə yeni tədris ilinə başlayıblar.

Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəb kollektivi və valideynlər iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31