Təyyarə uçuşlarında qəribə səslər: nə zaman narahat olmalıyıq?- ÖZƏL
2 Sentyabr 2024 14:10 SosialOlaylar.az xəbər verir ki, təyyarə uçuşları zamanı eşidilən qəribə səslər bəzən sərnişinlərdə narahatlıq yarada bilər. Yük təyyarəsinin pilotu Brajan Smit, bu səslərin əksərinin adi proseslərdən qaynaqlandığını açıqlayıb.
Pilotun sözlərinə görə, uçuş zamanı eşidilən "zırıltı" səsi köməkçi enerji qurğusundan (APU) gəlir və mühərriklər işləmədikdə elektrik və iqlim nəzarətini təmin edir. Uçuş zamanı qanadların və şassinin işindən gələn səslər də normaldır.
Tam sakitlik isə mühərriklərin qəzaya uğramış ola biləcəyini göstərə bilər, lakin belə hallarda belə təyyarələr təhlükəsiz təcili eniş edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31