Bakının bu qəsəbəsində qaz kəsiləcək - XƏBƏRDARLIQ
30 Avqust 2024 10:30 Sosial"Masazır" QPS-də (Qazpaylayıcı stansiya) mövcud qaz sızmalarının ləğv edilməsi məqsədi ilə 30.08.2024-cü il tarixdə saat 11:00-dan 16:00-dək qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan Olaylar.az-a verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Masazır qəsəbəsinin, Zəngilan Qaçqın şəhərciyinin, Abşeron Gənclər şəhərciyinin, "Viktoriya-313" və "Saray-H" MTK-ların və 10 ədəd sənaye obyektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31