Ötən il 341 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib
29 Avqust 2024 16:29 SosialDövlət qulluqçularının etik davranış qaydaları haqqında 2023-cü il üzrə hesabat hazırlanıb.
Bu barədə Olaylar-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarının tələblərini pozan 341 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 162-si mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 179-u isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.
Hesabatla buradan tanış ola bilərsiniz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31