Xankəndi yeni tədris ilinə hazırdır- VİDEO

Xankəndidə yeni tədris ilində 2 məktəb, 2 uşaq bağçası fəaliyyətə başlayacaq.

Olaylar Xəzər TV-yə istinadən bildirir ki, bunlar Xankəndidə fəaliyyət göstərəcək şəhər 4 saylı orta məktəb və Kərkicahan qəsəbəsində yerləşən təhsil ocağıdır.

Yeni təhsil müəssisələri Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin təhsil almasına xidmət edəcək.

Yerli sakinlər də yeni təhsil ocaqlarının istifadəyə verilməsini böyük ruh yüksəkliyi ilə qarşılayırlar.

Xankəndi şəhərində və Kərkicahan qəsəbəsində körpələr evi-uşaq bağçası da istifadəyə veriləcək. Artıq son tamamlama işləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31