Mühəndis bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir
28 Avqust 2024 18:54 Sosial2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələrində sürücü-mexanik və sürücü heyətləri ilə toplanışlar keçirilir.
Olaylar.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, toplanışlar zamanı hərbi qulluqçular qarşıya qoyulan tapşırıqların icrasında peşəkarlıq nümayiş etdirirlər.
Plana əsasən keçirilən toplanışlarda əsas diqqət şəxsi heyətin döyüş hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, eləcə də praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31