Azad edilmiş ərazilərin su ehtiyatları yüksəkdir - Nazirlik rəsmisi

İşğaldan azad edilmiş ərazilərin su ehtiyatları yüksək qiymətləndirilir.

Olaylar xəbər verir ki, bunu "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" zamanı Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

O vurğulayıb ki, həmin ərazilərdə 10 su anbarı, 17 çayın olması şirin su ehtiyyatlarımızı daha da əlçatan edir.

"İşğaldan azad edilmiş ərazilər yaşıl enerji zonası elan edilib. Bu ərazilərin 0 emissiya zonası elan edilməsi ilə bağlı öhdəlik götürmüşük. Ona görə də, bu ərazilərdəki hidroenerji ehtiyyatları, eyni zamanda suyun idarə edilməsi əsas hədəfdir",- deyə şöbə müdiri qeyd edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31