"X" sosial şəbəkəsinin işində nasazlıq aşkarlandı
28 Avqust 2024 11:41 Sosial"X" sosial şəbəkəsində bir sıra ölkələrdə fasilələr yaşanır.
Olaylar xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə avqustun 28-də məşhur internet resurslarının işinə nəzarət edən "Downdetector" xidməti məlumat yayıb.
Məlumata görə, istifadəçilərin 69%-i sosial şəbəkədə nasazlıq olduğunu, 25%-i saytdan şikayət etdiyini, 6%-i serverə qoşulmaqda çətinlik çəkdiyini bildirib.
Avqustun 28-də səhər saatlarına olan məlumata görə, dünyanın bir neçə ölkəsindən 28 000-dən çox istifadəçi şikayət göndərib.
Qeyd olunub ki, ən çox şikayət ABŞ-dən gəlir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31