Ali məktəbə qəbul olan qız uşaqlarının sayının artması çox sevindiricidir- ÖZƏL
27 Avqust 2024 10:19 Sosial"Bu il, Ali təhsilli məktəblərinə qəbul olan tələbələrimizin içində qız uşaqlarının çoxalma tempi çox sevindiricidir. Əlbəttə ki, normal cəmiyyətin uğurlu gələcəyinin formalaşmasına birbaşa savadlı valideyinin və xüsusən də anaların təsiri böyükdür. Qız uşaqlarının təsilinə xüsusi önəm verən valideyinləri alqışlayır, onlara təşəkkürümü bildirirəm". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Mənsub olduğum kəndimizdən də çox ciddi sahələr üzrə qız uşaqlarının Ali təhsil müəssisəsinə qəbulu olduqca xoşdur. Qızımız Səma Əzimli hüquqşünaslıq, Ülkər Manaflı qızımız isə həkim ixtisasına yiyələnəcək. Digər sevindirici xəbər də budur ki, əmim qızı Arzu balamız Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdaçilik Akademiyasının politologiya fakültəsinə qəbul olub. Dünən də mənimlə görüşə gəlmişdi. Dedikləri isə məni çox sevindirdi dedi ki, əmi məni bu ixtisası seçməyim sənin ictimai-siyasi və politoloq kimi fəaliyyətindir. Əgər kiməsə örnək, nümunə ola bilmişəmsə deməli, həyatı boşa yaşamamışam. Bütün tələbələrimizin təbrik edirəm, onlara həyat arzulayıram. Vətənimizə, xalqımıza layiqli övlad olsunlar İnşəAllah".
Alim Hüseynli
Olaylar.az