Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
26 Avqust 2024 17:58 SosialMilli Hidrometeorologiya Xidməti 27-30 avqust tarixlərində bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Olaylar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan, Mingəçevir, Samux, Şəmkir, Daşkəsən, Göygöl, Sabirabad, Şirvan, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Ordubad, Culfa, Goranboy, Naftalan, Gəncə rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31