“ADY Mobile” tətbiqində yenilik edilib
4 Yanvar 21:49 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"ADY Mobile" tətbiqini istifadəçilər üçün daha effektiv etmək məqsədilə funksiyalarda davamlı yeniləmələr edilir.
Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən Trend-ə bildirilib ki, bundan sonra Abşeron dairəvi marşrutu üzrə bilet almaq üçün vətəndaşın şəxsi bank kartını əlavə etməsinə ehtiyac qalmayacaq: "Artıq dostlarınız və sevdikləriniz üçün şəhərətrafı səfərlərə bilet alarkən virtual kartınızdakı balansınızdan istifadə edə biləcəksiniz".
Həmçinin, ölkədaxili qatarlara bilet alışı zamanı yer seçimi bölməsində 360 dərəcə görüntü əlavə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31