Dövlət Gömrük Komitəsinin sədri Şirvan şəhərində vətəndaşları qəbul edib - FOTO
22 Noyabr 2023 18:53 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Olaylar.az xəbər verir ki, noyabrın 22-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Şirvan şəhər Gənclər Evində Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşları qəbul edib.
DGK sədri qəbuldan öncə Şirvan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Daha sonra Şirvan şəhərindəki Şəhidlər Xiyabanında ucaldılan Ana abidəsi ziyarət edilib, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Şirvan şəhərinin və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.







