“Stadler” qatarlarının yan pəncərələri daş atılmaqla sındırılıb

Son 5 gün ərzində "Stadler" qatarlarına 3 dəfə daş atılması nəticəsində qatarın yan pəncərələri sındırılıb.

"OLAYLAR" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, hadisələrin 2-si Abşeron dairəvi marşrutu üzrə hərəkət edən qatarda, digəri isə Bakı-Qəbələ istiqamətində baş verib. Nəticədə qatarların pəncərələrinin şüşələri yararsız vəziyyətə düşüb.

Səhmdar Cəmiyyətdən bildirilib ki, bu vandalizm aktını törədən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31