Nazir müavini keyfiyyətsiz dərmandan danışdı

Keyfiyyətsiz dərman vasitələrinin​ bazara necə​ daxil olması məsələsinə aydınlıq gətirilib.Olaylar xəbər verir ki,bu barədə səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin növbədənkənar sessiyasının iclasında danışıb.
​
"Etiraf edək ki, bu kimi dərman vasitələri təkcə şəxsi istifadə məqsədi ilə olmur. Bu kimi vasitələrdən eyni zamanda şəxsi maraqlar üçün də istifadə olunur. Belə​ halların qarşısının alınması üçün Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Gömrük Komitəsi arasında​ danışıqlar aparılacaq",- deyə o bildirib.
​
Milli Məclisin sədri Sahibə Qafarova isə vurğulayıb ki, Səhiyyə Nazirliyi bununla bağlı araşdırma apardıqdan sonra məlumat versə, yaxşı olar: "Siz qeyd etdiniz ki, Səhiyyə Nazirliyi bununla bağlı araşdırma aparacaq.Yaxşı olardı ki, araşdırma aparıldıqdan sonra Səhiyyə Komitəsinə də məlumat verilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31