Deputata ən çox müraciət ailə və uşaq problemləri ilə bağlı olub - ÖZƏL - FOTO

Milli Məclisin inzibati binasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova vətəndaş qəbulu keçirib. Bu barədə "Olaylar"a məlumat verən millət vəkili bildirib ki, qəbulda vətəndaşların müraciətlərini dinləyib. Komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb: "Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı olub.Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31