Artan qadın cinayətləri- hansı cəzalar gözləyir?- ÖZƏL
23 Fevral 2023 13:21 Sosial"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə-doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin Məcəllənin 120.2.4-ci maddəsinə əsasən, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə eyni zamanda 120.2.9-cu maddəsinə əsasən təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə- on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 61.1.7-ci maddəsinə cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi cinayəti ağırlaşdıran haldır".
Bu sözləri Olaylar.az-a vəkil Turan Abdullazadə deyib.
"Qadınlara qarşı zorakılığın bir sıra səbəbləri vardır. Bu səbəblər arasında cütlər arasında fizioloji və psixoloji uyuşmazlıq, konflikt (münaqişə) hallarında özünü idarə edə bilməməni göstərə bilərik. Konfliktlərin funksiyası isə konstruktiv yox, təəsüf ki, daha çox destruktiv olur. Atalarından zoraklıqla idarəetmə görən uşaqların böyük bir qismi gələcəkdə öz ailələrini bu cür idarə etməyə meyilli olurlar. "Anam əzaba dözübsə, yoldaşım da dözəcək" prinsipini şüuraltı olaraq mənimsəyirlər. Bundan başqa illərlə sinir xəstəliklərindən (nevroz, isteriya) əziyyət çəksələr də nə nevroloji müalicə, nə də psixoloji yardım, psixoterapiya almayan, özünü dəyişmək istəməyən insanlar var. Bu səbəbdən zorakılıq rüşeymləri gizli şəkildə cücərir və bəzən artıq o qədər gec olur ki, sonrakı peşmançılıq fayda vermir".