Hamilələr bu içkilərdən uzaq durmalıdır- ÖZƏL

Avropa İnsan Reproduksiyası və Embriologiya Cəmiyyətinin alimləri müəyyən ediblər ki, hamiləlik zamanı spirtli içki qəbulu gələcək uşağın üz cizgilərinə təsir edə bilər. Tədqiqatçılar süni intellekt (AI) və dərin öyrənmə alqoritmlərindən istifadə edərək uşaqların üz formasındakı dəyişikliklərlə analarının hamiləlikdən əvvəl və hamiləlik zamanı içdiyi spirt miqdarı arasında əlaqə tapıblar. Alimlər doqquz yaşlı 3149 və 13 yaşlı 2477 uşağın 3D şəkillərini təhlil ediblər.Spirtli içkilərin ən çox görülən nəticələri burnun yuxarı əyilmiş ucu, qısaldılmış burun, əyilmiş çənə və gözlər altındakı çuxurlar - fetal spirt sindromunun simptomları olub. Bu dəyişikliklər uşaq böyüdükcə daha az nəzərə çarpdı və 13 yaşında praktiki olaraq yox olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31