Aftandil İsrafilovun səhhəti necədir?
19 Dekabr 2022 15:17 SosialXəbər verdiyimiz kimi, Xalq artisti Aftandil İsrafilov hazırda xəstəxanada müalicə alır.
Olaylar.az xəbər verir ki, qarmon ifaçısının qızı Həcər axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb. O bildirib ki, A.İsrafilov artıq kritik vəziyyəti atladıb:
"Hazırda xəstəxanadadır, müalicəsi davam edir. Həkimlər sağ olsunlar, kritik vəziyyətdən çıxartdılar. Atam indi danışa da bilir. Amma yenə də həkim nəzarətində olmalıdır. Müalicəsi uzun çəkəcək".
O əlavə edib ki, A.İsrafilov əməliyyat olunmalıdır:
"Əməliyyat üçün hələ durumu uyğun deyil. Ağciyəri dözməyə bilər. Ona görə də həkimlər tam qərar verə bilməyiblər. Bir çox orqanında problem var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31