Argentinanın udmasına mərcdə bir çanta pul qoyan azərbaycanlı bloqerin SEVİNCİ - FOTO
19 Dekabr 2022 13:33 SosialXəbər verdiyimiz kimi, Qətərin Lusail stadionunda futbol üzrə Dünya çempionatının final oyununda Argentina penalti zərbəsi ilə Fransanı məğlub edib.
Olaylar.az bizim media-ya istinadən xəbər verir ki, Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov çempionatda Argentinanın qalib gəlməsi üçün mərcdə bir çanta AED (dirhəm - red.) pul qoyub.
Nəticədə sözügedən ölkənin qalib gəlməsi Hüseynin maddi vəziyyətini iki qat yaxşılaşdırıb.
H.Həsənov "Argentina dünya çempionudur. Mən plyusdayam (maddi vəziyyətini nəzərdə tutur)" deyə sosial şəbəkədə yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31